Şənbə, 03 May 2025 12:40

“Ağ ölüm”ə qarşı mübarizə

Qax Rayonu Qum kənd tam orta məktəbində “Narkomaniyaya Yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Çıxış edən Rayon Polis şöbəsinin rəsmiləri narkotik vasitələrin səbəb olduğu fəsadlar və onun acı təsirləri barədə məlumat veriblər. Ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizənin hər zaman diqqət mərkəzində olduğu, bu istiqamətdə rayonda məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb.Diskussiya şəklində davam edən görüşdə “ağ ölüm”ə qarşı mübarizədə ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi diqqətə çatdırılıb. Hüquq mühafizə işciləri şagirdlərin maraqlandıran sualları cavablandırıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S