Şəkidə təhsil işçiləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə inşa yazı müsabiqəsi keçirilib. Şəki şəhər 11 nömrəli orta məktəbdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin birgə təşkilatçılığı həyata keçən müsabiqədə 95 nəfər təhsil işçisi iştirak edib.