Şəkidə şəhər 18 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Şəkidə andan olmuş Azərbaycanın Milli Qəhrəmanları Əhmədiyyə Cəbrayılovun 105 illiyi və oğlu Mikayıl Cəbrayılovun 75 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin kollektivi, mədəniyyət işçiləri, Milli Qəhrəmanın ailə üzvləri və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər Milli Qəhrəmanlarımızın həyat yolundan və qəhrəmanlıqlarından bəhs ediblər. Daha sonra isə şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, kompozisiyalar nümayiş ediblər.