Şəkinin Cumakənd kəndi ərazisində yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus VAZ markalı avtomobillə qəza törədib. O, avtomobili magistral yolda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn "Mercedes-Benz" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən VAZ markalı avtomobil yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edib. Onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır!