Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans təşkil olunub. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Zaqatala Rayon İcra Hakimiyyətinin, Milli Elmlər Akademiyası və İlahiyyat İnstitutunun, yerli hüquq mühafizə orqanlarının rəsmiləri, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.