Şamaxıda qətl hadisəsi baş verib. Məlumata görə, ər arvadını şəhər qəbiristanlığında öldürüb. Rayon sakini, 41 yaşlı Vüsal Hidayətov həyat yoldaşı 29 yaşlı Sevda Hidayətovanı qətlə yetirməkdə şübhəli bilinir. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Vüsal Hidayətov saxlanılaraq istintaqa təhvil verilib.