Xalq şairi B.Vahabzadənin 100 illik yubileyi çərçivəsində "Bəxtiyar sözü Azərbaycan musiqisində" adlı konsert keçirilib. Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Şəki-Zaqatala və Dağlıq-Şirvan RMİ-nin rəsmiləri, Şəhid ailələri, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib. Konsert proqramında Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında dahi şairin sözlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib. Çıxış edənlər şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, sonda xatirə şəkli çəkilib.