"Şəkimizə bahar gəlir" adlı şəhər tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib. Tədbirdə musiqi məktəbləri və kollecin ansambl və rəqs qrupları maraqlı konsert proqramı ilə çıxış edib, tədbirə rəng qatıblar. Daha sonra "Qala divarları”nın həyətində Novruz tonqalı alovlandırılıb, Novruzun personajları olan "Kosa" və "Keçəl" məzəli zarafatları ilə bayram iştirakçılarına xoş əhvali-ruhiyyə yaşadıblar.