Bazar ertəsi, 17 Mart 2025 16:19

“Novruz nəğmələri” adlı musiqili tədbir keçirilib

Şəkidə Heydər Əliyev mərkəzində baharın gəlişi və Novruz bayramı münasibəti ilə “Novruz nəğmələri” adlı musiqili tədbir keçirilib. Şəki şəhər Uşaq İncəsənət məktəbinin M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyi tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları ilk öncə məktəbinin şagirdlərinin yaradıcılıq işləri ilə tanış olublar. Ardınca novruz bayramı və çərşənbələrə həsr olunan videoçarxlar nümayiş olunub. Bədii hissədə məktəbin müəllim və şagirdləri maraqlı proqramla çıxış edib. Sonda mədəniyyət sahəsində fərqlənən, müxtəlif yarış və müsabiqələrdə yer tutanlar mükafatlandırılıblar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S