Zaqatalada baş verən qəzada bir nəfər ölüb. Hadisə Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində baş verib. Elçin Məmmədovun idarə etdiyi “GAZ-24” markalı avtomobil 64 yaşlı İsmayıl Əminovun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.