Qlobal iqlim dəyişkənliyi kənd təsərrüfatına da öz təsirini göstərir. Fevralın sonlarında və martın əvvəlində havaların yağıntılı olması, ardınca isə müşahidə olunan isti havalar taxıl sahələrində alaq otlarının sürətlə artmasına gətirib çıxarıb. Bu səbəbdən də Şəkidə məhsul itkisinin qarşısını almaq üçün sahələrdə alaq otlarına qarşı dərmanlama işlərinə əvvəlki illərə nisbətən daha erkən başlanılıb.