Zaqatalada da ölümlə nəticələnən yol qəzası baş verib. Günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Muxax kəndi ərazisində "Mercedes", "Niva" markalı minik avtomobilləri və "Ford" markalı inkassator toqquşub. Nəticədə bir nəfər - "Niva"-nın sürücüsü, 66 yaşlı Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb.
Nivada olan digər sərnişinlər 47 yaşlı Zümrüd Əhmədova və 38 yaşlı Şəhla Məmmədova, eləcə də inkassatorun sürücüsü 45 yaşlı Elşən Süleymanov və sərnişini 39 yaşlı Şükür Allahverdiyev və 2 az yaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala RMX-na yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.