Çərşənbə axşamı, 11 Mart 2025 16:13

FHN ictimai iaşə obyektlərində monitorinqlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ və Şəki rayonlarında ictimai iaşə obyektlərində maarifləndirmə xarakterli monitorinqlər keçirib.
 
Monitorinqlərin keçirilməsində əsas məqsəd qeyri-yaşayış obyektlərində insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yarada biləcək sıxlaşdırılmış propan qaz balonlarının istifadəsinin qarşısının alınmasıdır. Monitorinqlər zamanı bəzi yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq qaz balonlarından istifadə halları aşkarlanıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S