Bazar ertəsi, 10 Mart 2025 15:58

3 yaşlı uşaq su ilə dolu vannada boğularaq ölüb

Balakənin Hənifə kəndində 3 yaşlı uşaq boğularaq ölüb. 2022-ci il təvəllüdlü Rəvan Məmmədov yaşadığı evin həyətində su vannasına düşərək boğulub. Dərhal hadisə yerinə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadası cəlb edilib. Lakin həkimə qədər ölüm baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S