Şəkidə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar şahmat yarışı keçirilib. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqI Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilən yarış rayon ümumitəhsil məktəblərinin təhsil işçiləri və tələbələrdən ibarət 30 nəfər arasında keçirilib.
Yarışın sonunda 1, 2 və 3-cü yeri tutmuş iştirakçılar fəxri fərman və hədiyyələrlə təltif olunub. Digər iştirakçılara isə xatirə hədiyyələri təqdim edilib.
Çərşənbə, 05 Mart 2025 16:00