İndi isə turizm sahəsində bələdçi problemindən danışacağıq. Azərbaycana gələn turistlərin ölkəmizin tarixi əhəmiyyətli yerləri haqqında kifayət qədər məlumatlandırılmadığı deyilir. Turizm ekspertləri deyir ki, Azərbaycanda bütün bələdçilər kifayət qədər bilikli deyil və işlərinə peşəkarcasına yanaşmırlar.
Belə olan halda isə ölkəyə gələn turistlər də yetərincə məlumatlı olmadan qayıdırlar. Hər xarici dil bilən bələdçidirmi? Turizm bələdçiləri işlərinə bələddirmi? Regionlarda bələdçi tapmaq niyə müşgülə çevrilib? Daha ətraflı sujetimizdə...
Cümə, 28 Fevral 2025 15:16