Çərşənbə axşamı, 25 Fevral 2025 15:34

Polis Şamaxıda 8 kiloqram narkotik aşkarlayıb

Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.

Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S