Şəkidə dahi Azərbaycan şairi, ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilib. Şəki şəhər Heydər Əliyev Mərkəzinin, 2 nömrəli Uşaq Musiqi məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.