Şənbə, 15 Fevral 2025 14:06

"İki xalqın şairi- Simax Şeyda"

”Oğuzun tanınmış simaları” adlı layihə çərçivəsində yəhudi əsilli Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, şair, publisist Simax Şeydanın "İki xalqın şairi- Simax Şeyda" adlı xatirə gecəsi keçirilib. Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, mədəniyyət və təhsil işçiləri, ziyalılar iştirak edib.

Çıxış edənlər vurğulayıb ki, Simax Şeyda Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdəndir. Şairin bu günə kimi 24 kitabı işıq üzü görüb ki, onalardan 11-i uşaqlar üçündür. Daha sonra şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim edilib. Məktəblilər Simax Şeydanın şeirlərindən nümunələr söyləyiblər. Oğuz rayon Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında şairin sözlərinə yazılmış mahnılar ifa olunub.

Qeyd edək ki, Simax Şeyda SSRİ "Əmək veteranı" medalı laureatı adına layiq görülüb. Azərbaycan "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib. 13 fevral 2024-cü ildə Almaniyanın Münhen şəhərində vəfat edib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S