Çərşənbə axşamı, 11 Fevral 2025 16:18

Zaqatalada itkin düşən hindistanlı turistin qalıqları tapılıb

Üç il əvvəl Zaqatalada meşədə itkin düşən hindistanlı turistin qalıqları tapılıb. Fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib. Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S