Çərşənbə axşamı, 04 Fevral 2025 16:55

Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd edilib

Şəkidə Azərbaycanının tanınmış bəstəkarı və musiqiçisi Polad Bülbüloğlunun 80 illik yubileyi münasibəti ilə “Gəl ey səhər” adlı yubiley gecəsi keçirilib. Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin keçirdiyi tədbirdə ziyalılar, şəhər ictimiyyəti, mədəniyyət işçiləri, musiqisevərlər iştirak ediblər.

Polad Bülbüloğlu yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Rəsmi hissədə çıxış edənlər Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə, musiqisinə töhfələrindən danışıblar. Bildirilib ki, Azərbaycanın dünyada tanıdılmasında müstəsna xidmətləri olan Polad Bülbüloğlunun mahnıları idea-məzmun və üslub baxımından kifayət qədər rəngarəngdir.

Sənətkarın xidmətlərinin yüksək qiymətləndirildiyi vurğulanıb və onun bir çox mükafatlara, orden və medallara, fəxri adlara laiq görüldüyü xatırlanıb. Tədbirin bədii hissəsində Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinin kollektivinin ifasında Polad Bülbüloğlu reperturarından “Gəl ey səhər”, “Durnalar”, “Toydan sonra düzələr”, “Mavi gözlüm”, “Gözlə məni”, “Aman aman ayırlıq”, “Şən Azərbaycan” və digər mahnılar səsləndirilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S