Şamaxıda gənclər siyasəti və onların inkişafı mövzusunda tədbir keçirilib. Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıblar.
Gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışılıb. Sonda rayonun ictimai-siyasi və mədəni həyatında nailiyyətləri ilə fərqlənən gənclər təltif olunub.
Çərşənbə axşamı, 04 Fevral 2025 16:46