Çərşənbə axşamı, 04 Fevral 2025 16:23

Polis saxta spirtli içki satan dəstəni ifşa etdi

Balakəndə polis əməkdaşları tərəfindən saxta spirtli içkilər hazırlayaraq satışnı təşkil edən dəstə üzvlərinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunub. Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb. Əməliyyatlar davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S