Bazar ertəsi, 03 Fevral 2025 16:26

Avtomobillər toqquşdu, xəsarət alan var

Qaxda Qorağan-Qax avtomobil yolununun, Alatəmir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, “QAZel” markalı xırda tutumlu yük maşını minik avtomobili ilə toqquşub.

Toqquşmadan sonra“QAZEL” yük avtomobili yol kənarındakı qoz agacına cırpılıb və yararsız vəziyyətə düşüb. “QAZel”in sürücüsü 44 yaşlı Qəbələ rayon sakini Kamran Əzizov xəsarət alaraq Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S