Şəkinin Böyük Dəhnə kəndində şəhid Eşqin Allahverdiyevin anım tədbiri keçirib. Tədbirdə şəhidin yaxınları, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər Eşqin haqqında xatirələrini bölüşüblər. Onun qısa, ancaq şərəfli ömür yolundan bəhs edilib. Bildirilib ki, 2015-ci ildə Xocavənd rayonu ərazisində dayaq məntəqsinə düşməni növbəti təxribatı zamanı şəhidlik zirvəsinə ucalıb.
Ailənin 3 övladından biri olan Eşqin vətənpərvərliyi, istiqanlılığı, yardımsevərliyi ilə fərqlənib. Vurğulanıb ki, məhz torpaq uğrunda canından keçən igidlər vətən torpaqlarını düşmən tapdağından azad edib. Rəsmi hissədən sonra ehsan süfrəsi açılıb.
Şənbə, 01 Fevral 2025 15:19