Şəkidə orta ixtisas məktəblərinin tələbələri arasında 2 fevral - Gənclər günü münasibəti ilə dama yarışı keçirilib. Yarış Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Rəsmi hissədə çıxış edənlər iştirakçıları Gənclər günü münasibəti ilə təbrik ediblər.