Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin pedaqoji heyəti üçün metodiki seminarlar keçirilir.
30-31 yanvar tarixlərini əhatə edən iclaslarda fənlərin tədrisi metodikası üzrə müəllimlərin təcrübə mübadiləsinin təmin edilməsi, qarşıya çıxan çətinliklərin II yarımildə aradan qaldırılması üçün görüləcək praktik tədbirlərin müəyyənləşdirilməsi, həmçinin ötən tədris illlərində keçirilmiş IV sinif monitorinq imtahanlarının, IX və XI sinif buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlili və cari tədris ili üzrə göstəricilərin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində olacaq.
Cümə axşamı, 30 Yanvar 2025 15:38