Çərşənbə, 29 Yanvar 2025 16:10

Zaqatalada yol qəzası baş verib

Hadisə Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunda, Muxax kəndi ərazisində qeydə alınıb. 22 yaşlı Vüqar Musayevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Xəsarət alan sürücü, avtomobildə olan sərnişinlər - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S