Bazar ertəsi, 27 Yanvar 2025 15:32

Evdən oğurluq edən şəxs tutuldu

Zaqatalada evdən oğurluq edən şəxs tutulub.Fındıqlı kəndində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 32 yaşlı Taleh Xəlilov saxlanılıb. O, oğurladığı qızılları satdığını bildirib. Məhkəmənin qərarı ilə Taleh Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S