Qəbələnin Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib. Yanğın çevik müdaxilə sayəsində yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 0,1 hektar ərazidə kol-kos, ağac kötükləri və xəzəl yanıb. Meşə massivi yanğından mühafizə olunub.