Zaqatala yeni doğulan körpə ölümü qeyd alınıb. Yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 33 yaşlı Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.
Körpə doğuşdan bir qədər sonra ölüb. Yaxınlarının verdiyi məlumata görə, bu, onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X. Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.
Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Çərşənbə, 08 Yanvar 2025 16:54