Qış mövsümünün ən çətin məqamlarından biri qarlı-şaxtalı günlərdə baş verən avtomobil qəzalarıdır. Hər il belə qəzalarda bir çox insan həyatını itirir, insanlara maddi ziyan dəyir. Bu qəzaların səbəbləri arasında sürücülərin avtomobillərini mövsümə hazırlamamaları əsas yer tutur. Havaların soyuması nəqliyyat vasitələrinin qış rejiminə hazırlaması kimi məsələləri gündəmə gətirir. Qarlı və yağışlı hava şəraiti sürücülərdən hazırlıq və təcrübə tələb etdiyi kimi, avtomobilin də fəslə hazır olmasını şərtləndirir. Avtomobillərdə texniki problemlərinin yaranmaması üçün onları qışa necə hazırlayırlar? Araşdırmışıq, izləyək...