Qax Rayon Mərkəzi Xəstəxanasında ilkə imza atılıb. Xəstəxanada ilk dəfə olaraq laparoskopik xolesistektomiya əməliyyatı həyata keçirilib və uğurla başa catıb. Azərbaycan Hepato-Pankreato Biliar Cərrahlar Asossasiyası və Qax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkiatçılığı ilə reallaşan əməliyyatın ardınca bölgə xəstəxanalarının həkim cərrahları konfrans keçirilib. Uğurlu keçən əməliyyat konfransında canlı olaraq izlənilib və həkimləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda konfransın təşkilində yaxından iştirak edən həkimlər təltif olunub.