Çərşənbə axşamı, 03 Dekabr 2024 15:40

Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Şəki rayonunun Kiş kəndində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Kiş kənd sakinləri - 30 yaşlı Tariyel Abdullayev, 31 yaşlı Billur Abdullayeva, 5 yaşlı Fərid Abdullayev və 1 yaşlı Məhəmməd Abdullazadə dəm qazından zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olublar. Xəstəxanada tibbi yardımdan sonra onların vəziyyəti stabilləşib. Ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S