Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub. Rayon Polisi narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatovu saxlayıb. Ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə İlham Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.