Şamaxıda Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışında təqsirli bilinən 41 yaşlı Cavad Fəhradov saxlanılıb. Ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub. Cavad Fəhradovun narkotik vasitəni meşə massivində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarını quradaraq satmaq məqsədilə əldə etdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.