Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında M.F. Axundov küçəsində "Opel" markalı avtomobil motosiklet ilə toqquşub. Qəza nəticəsində 2 nəfər, motosikletin sürücüsü 42 yaşlı Natiq Abdullayev və sərnişini 46 yaşlı Mehman Camalov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
"Opel"in sürücüsü 30 yaşlı Turan Əzizli saxlanılıb. İlkin ehtimallara görə qəzaya yüksək sürət və yol hərəkət qaydalarının pozulması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Cümə axşamı, 28 Noyabr 2024 13:16