Şəkidə ikisi azyaşlı olmaqla üç nəfəri sahibsiz it dişləyib. Belə ki, Şəkinin Çayqaraqoyunlu kənd sakini, 3 yaşlı Cəlal Osmanov və Şəki kənd sakini 7 yaşlı Zəhra Yadigarlı it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Cəlal Osmanova sağ budun, Zəhra Yadigarlıya isə sağ baldırın it dişləməsi dioqnozu qoyulub. 60 yaşlı Şəki şəhər sakini Cahangir Salmanov da sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki RMX-a müraciət edib. Hər üç şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Şənbə, 23 Noyabr 2024 15:19