Zaqatalada 37 yaşlı şəxs anafilaktik şokdan həyatını itirib. Muxax kənd sakini Rəfael Ramazanova yaşadığı ünvanda müalicə həkiminin təyinatı üzrə antibiotik vurulub. İynə vurulduqdan sonra Rəfael Ramazanovun vəziyyəti pisləşib və anafilaktik şok halına düşüb. TƏBİB-dən bildirilib ki, Rəfael Ramazanovla bağlı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub. Göstərilən zəruri tibbi yardıma baxmayaraq, "anafilaktik şok" diaqnozu ilə şəxsin ambulansda xəstəxanaya qədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.