Çərşənbə, 06 Noyabr 2024 16:27

Güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

Ötən günün ikinci yarısından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü külək daha çox Zaqatala rayonunda müşahidə edilib. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Zaqatala şəhərində iki müxtəlif yerdə qurumuş ağacların aşması, eləcə də iri budaqlarının qırılaraq elektrik naqillərinin üzərinə düşməsi nəticəsində qısaqapanmalar müşahidə edilib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Güclü külək, həmçinin şəhərin Vasif Qurbanov küçəsindəki çoxmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsini qoparıb. Çoxmənzilli yaşayış binasının dam örtüyünün qalıqları ərazidən götürülüb. Həmçinin binanın yağışdan qorunması üçün damın betonuna müvəqqəti örtük çəkilib. Binanın dam örtüyünün yenilənməsinə bu gün başlanılıb və növbəti günlərdə davam etdiriləcək. Eyni zamanda, elektrik təsərrüfatında yaranmış problemlərin aradan qaldırılması istiqamətində Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları və rayon Fövqəladə Hallar Komissiyasının üzvləri birgə tədbirləri davam etdirirlər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S