Hava proqnozu necə ölçülür?
Hava proqnozu deyəndə çoxlarının yadına "Bəyin oğurlanması" filmindəki məlum səhnə düşür. Bəs, hava proqnozu necə hazırlanır ? Bu maraqla Şəkidə yerləşən Şimal-qərb Regional Hidrometeorologiya mərkəzinə yola düşdük. Hansı ki, regional mərkəzlər faktiki məlumatları gün ərzində Hidrometeoroloji Proqnozlar Bürosuna ötürür.
Əvvəlcə, elə filmdəki kimi qəribə cihazların qurulduğu stansiyadan başladıq. Açıq havada quraşdırılmış hər bir qurğunun özünün ayrıca funksiyası var. Onlar havadakı buludu, küləyin sürətini, yağan qarın ölçüsünü, düşən yağışın miqdarını ölçürlər.
Bu mərkəzdə hava haqqında məlumatları ənənəvi və avtomatik olaraq toplayan 2 meteo meydança yerləşir. Şəkidə hidrometeorloji məlumatları ötürmək üçün 2 stansiya var. Biri hazırda çəkiliş etdiyimiz şəhər ərazisində , digəri isə Kiş kəndinin yuxarı hissəsində olan “Kiş çay” hidrometeoroloji stansiyasıdır.
Məlumat əsasında verilmiş proqnozun düz çıxıb-çıxmaması hər kəs kimi onları da narahat edir. Bəzən proqnoz verdikləri yağış və ya qarın yağmasını görmək üçün gözlərini pəncərədən çəkmirlər. Çünki proqnoz sözündən də anlaşıldığı kimi təqdim edilən rəqəmlər özünü doğrultmaya bilər.
Cümə, 11 Oktyabr 2024 15:25