Şəkidə fəaliyyət göstərən marşrut avtobuslarının əksəriyyətinin istismar müddəti başa çatıb. Günün tələblərinə cavab verməyən nəqliyyat vasitələri təmirsiz yollarda daha da sıradan çıxıb. Sərnişin daşımaq üçün yararsız olan köhnə, nasaz avtobusların fəaliyyətindən haqlı olaraq sərnişinlər narazıdır.
Sınıq-salxaq oturacaqlar, təmizlənsə belə çirkli görünən avtobuslarda sərnişin qismində olmaq heç də xoş deyil . Üstəlik oturacaqların sayı artırıldığından onsuz da kiçik olan avtobuslarda sərnişinlər günün pik saatlarında əziyyətlə yol getməyə məcbur qalırlar.
Ekspertlər problemin həllini məqsədyönlü tədbirlərin aparılmasında görür. Bəs, avtobus parkının yenilənməsi nə zaman gündəmdə olacaq? Məsələ barədə Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki...
Haqlı iradlar, aidiyyatı qurumların vədləri və yaranan mənzərə göz qabağındadır. Ümid edirik yaxın zamanlarda rayonlarda da ictimai nəqliyyat şəbəkəsi yenilənər və sərnişinlər rahat şəkildə mənzil başına çatarlar.
Bazar ertəsi, 07 Oktyabr 2024 17:04