Çərşənbə axşamı, 23 İyul 2024 13:11

Seçki mübahisələrinin məhkəmə qaydasında həlli müzakirə olunub...

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Şəkidə Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə seçki hüququna dair müraciətlərə baxılmasına həsr olunan regional seminar-müşavirə keçirib. Seminar-müşavirədə region üzrə apellyasiya məhkəmələrinin hakimləri və 17 dairə seçki komissiyalarının sədrləri iştirak edib.

Tədbirdə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin məsul vəzifəli şəxsləri parlament seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Çıxışlardan sonra seminar seçki qanunvericiliyi, müraciət və şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə praktik məşğələlərlə işini davam etdirib və iştirakçılar üçün sınaq testi keçirilib. Seminar-müşavirənin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və dairə seçki komissiyalarının ekspertlərini maraqlandıran suallara aydınlıq gətirilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S