Çərşənbə, 17 İyul 2024 13:37

Şamaxıda kütləvi zəhərlənmə...

Xarici ölkədən Vətənə dönən sakinlərin şərəfinə təşkil edilən ziyafət yaxşı sonluqla bitməyib. Qidadan zəhərlənən qonaqlar xəstəxanalıq olublar. Təfərrüatlar sujetdə...

Şamaxıda kütləvi zəhərlənmə olub. Hadisə Məlikçobanlı kəndindəki fərdi yaşayış evində təşkil olunan qonaqlıq zamanı baş verib. Məclis iştirakçıları üçün hazırlanan yeməklər süfrəyə veriləndən bir qədər sonra ardıcıl 21 nəfərin halı pisləşib. Onlar dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi açıqlama verib. Qurumdan bildirilib ki, zəhərlənmənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün mərasimdə istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Qurum rəsmisi evdə keçirilən məclislərdə vətəndaşları bir daqha diqqətli olmağa çağırır. Faktla bağlı araşdırmalar davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S