Çərşənbə, 17 İyul 2024 13:11

MSK ekspert qruplarının üzvləri üçün regional seminar keçirib...

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin yüksək səviyyədə, azad, ədalətli və şəffaf təşkili məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən Şəkidə regional seminar keçirilib. Seminarda MSK Katibliyinin rəsmiləri, respublikanın şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi -dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə aşağı seçki komissiyalarının 51 təmsilçisi iştirak edib. Tədbirdə “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri”, “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması, Ekspert qruplarının fəaliyyətinin əsasları” və digər mövzularda çıxışlar edilib. Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb. Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S