Bazar ertəsi, 08 İyul 2024 14:29

Üsküdar Universitetinin nümayəndə heyəti Kanal S-in qonağı olub

Türkiyənin Üsküdar Universitetinin nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Kanal S-in qonağı olub. Televiziyanın Xəbərlər xidmətinin əməkdaşları ilə keçirilən görüşdə medianın hazırkı vəziyyəti, gələcək prespektivləri, inkişaf trendləri, jurnalistikanın tamaşaçıların dəyişən istək, tələblərinə uyğunlaşmasından danışlıb. İnkişaf edən informasiya texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi istiqamətində müzakirələr aparılıb.

Bildirilib ki, son illər Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) inkişafı, eləcə də ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsi Azərbaycan universitetləri Türkiyənin digər universitetləri arasında əməkdaşlıq üçün yeni perspektivlər yaradıb. Üsküdar Universiteti Azərbaycanda medianın peşəkarlığının artırılması məqsədi ilə ötən ildən BDU, və AZMUİ ilə əməkdaşlıq edir. Gələn il jurnalistika ilə bağlı beynəlxalq simpoziumun BDU ilə birgə ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi nəzərdə tutulub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S