İsmayıllıda 3 ailənin yaşadığı mənzil yanaraq külə dönüb. Hadisə rayonun Qalınçaq kəndində qeydə alınıb. 5 otaqlı fərdi yaşayış evində baş verən yanğın zamanı ev sahibləri 65 yaşlı Bəhmən Bayramov və 55 yaşlı Nəzakət Bayramova xəsarət alıblar. Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq cücə də tələf olub.
Hadisə yerinə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Bazar ertəsi, 08 İyul 2024 13:31