Şəkidə 65 yaşlı kişini ilan sancıb. Daşüz kənd sakini Fadəddin Orucov işdən qayıdarkən kənd ərazisində ilan onu sancıb. Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya həkimlər ilkin tibbi yardım göstərib və ilan zəhəri əleyhinə zərdab vurulub.
Sol ayağın baldır nahiyəsindən ilan sancma dioqnozu qoyulan Fadəddin Orucovun vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Çərşənbə axşamı, 02 İyul 2024 13:20