Yay aylarında məktəblər, universitet və kolleclər tətilə çıxır. Artıq boş vaxtları daha da çox olan şəkili gənclər də səmərəli vaxt keçirmək, istirahət etmək üçün məkanlar axtarır. Ancaq təəssüf ki tapmır. Nəticədə vaxtlarını şəhər ərazisində saysız-hesabsız olan çayxanalarda keçirməli olur.
Şəhə ərazisində apardığımız sorğudan da aydın oldu ki, yeniyetmə və gənclər də Şəkidə əylənmək, səmərəli vaxt keçirmək üçün yetəri qədər imkanların olmadığını düşünürlər.
Bəs, Şəkidə gənclər üçün hansı işlər görülür və ya hansı tədbirlərin görülməsi planlaşdırılır? İdarədən həmçinin bildirildi ki, gənclər Şəki şəhəri üzrə gənclər və idman idarəsinə müraciət edərək həmin düşərgələrdə iştirak edə bilərlər.
Ancaq təbii ki, bu, problemin köklü həll deyil. Sağlam düşüncəli, özünü inkişaf etdirən yeniyetmə və gənclərin olması üçün onların inkişafına dəstək verəcək kompleks tədbirlərin görülməsi vacibdir.
Cümə axşamı, 27 İyun 2024 13:55