Dünən axşam saatlarında #Şəkiyə yenidən yağan #leysan yağışları və güclü küləyin ardınca "Taxta Qaya" adlanan ərazidə torpaq sürüşməsi baş verib.
Qaya parçaları, daş, çınqıl, lilli çöküntü tökülüb ki, bu da yolu keçilməz edib. Nəticədə şəhər mərkəzi ilə istirahət məkanlarını birləşdirən avtomobil yolu bağlanıb, turistlər və yerli sakinlər köməksiz vəziyyətdə qalıb.
DYPB əməkdaşları, həmçinin aidiyyatı qurumların canlı qüvvə və texnikaları hadisə yerinə cəlb olunub. Yolun təmizləndikdən sonra hərəkət bərpa edilib.
Cümə axşamı, 27 İyun 2024 12:45